Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

Sərnişindaşımada sahibkarlara xəbərdarlıq


Foto illüstrasiya
Foto illüstrasiya

-
Bakı Nəqliyyat Agentliyi sahibkarlara xəbərdarlıq edib. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar yerinə yetirən şirkətlər işçi heyətə malik olmalıdırlar. Habelə, sürücülər reys öncəsi tibbi müayinədən keçirilməlidirlər.

Xəbəri «Report» yayıb.

Həmin sənədlər və istehsalat bazasının, qarajın şəkilləri 5 iş günü müddətində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim edilməlidir. Əks halda, prezidentinin ötən il dekabrın 21-də verdiyi fərmanla təsdiq edilmiş Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamənin 3.0.8 bəndinə əsasən, zəruri tədbirlər görüləcək.

Məlumatda qeyd edilir ki, xəbərdarlıqlara əməl olunmasa, həmin sahibkarların aldıqları lisenziyalar ləğv ediləcək.

XS
SM
MD
LG