Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26

-

Bakıda dəm qazından ailə faciəsi baş verib. APA bu xəbəri Nəsimi rayon Prokurorluğuna istinadən yayıb.

Xəbərə görə, hadisə martın 8-i axşam qeydə alınıb. 23 yaşlı Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Ölkə mətbuatının yazdığına görə, Azərbaycanda təkcə fevral ayında 10-dan çox şəxs dəm qazından boğulub ölüb. Bu ay isə artıq 3 belə hal baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG