Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

-

Ötən il Nardaran hadisələri ilə bağlı saxlanan Mehman Quliyevin həbs müddəti uzadılıb. «Report»un xəbərinə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə o, məhkəməsinə qədər, ən az, daha 3 ay həbsdə qalacaq.

2015-ci il noyabrın 26-da güc strukturları Nardaranda xüsusi əməliyyat keçirib. Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həyatını itirib. «Müsəlman Birliyi» Hərəkatı adlı qurumun sədri Taleh Bağırzadə və başqaları həbs edilib. Sonradan prokurorluq bildirdi ki, hazırda bu hərəkatla bağlı 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Onlar Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə ilə ittiham edilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG