Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:19

Astara yolunda çökmə


Foto illüstrasiya
Foto illüstrasiya

-

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi artıb.

APA-nın xəbərinə görə, ümumi uzunluğu 21 kilometr olan yolda son vaxtlar tez-tez çökmələr baş verir.

Bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. Hazırda, Baxışoba kəndindən keçən ərazidə yol təqribən yarım metrə qədər çöküb. Digər bir yandan isə dərəyə doğru sürüşmə genişlənib. İndi yolda avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüzdür.

Astara rayonunun yerli icra strukturları Deqədi-Pəlikeş avtomobil yolunda baş verən torpaq sürüşmələrinin qarşısını almaqla əlaqədar əsaslı işlərə yaz-yay aylarında başlanacağını bildiriblər. Hələlik isə nəqliyyat vasitələrinin rahatlığını təmin etməkdən ötrü yoldakı çala-çuxurlar çınqılla doldurulur.

XS
SM
MD
LG