Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20

-

Gürcüstanın Baş naziri Giorgi Kvirikashvili deyir ki, hakim koalisiya nikahın kişi-qadın birliyi kimi müəyyənləşdirilməsilə bağlı konstitusiya dəyişikliyi hazırlayır. Kvirikashvili və “Gürcü Arzusu” koalisiyasının məqsədi eynicinsli nikahların qanuniləşməsinə çalışan insan haqları fəallarının səylərin əngəlləməkdir.

Gürcüstan sosial baxımdan mühafizəkar, əsasən pravoslav xristian ölkəsidir. Rəsmilər, adətən, NATO və Avropa Birliyi ilə daha sıx inteqrasiya tərəfdarı olduqlarını bildirirlər.

Kvirikashvili martın 7-də deyib ki, koalisiya ayrıseçkiliyin bütün formalarına qarşı çıxır, ancaq nikahın kişi-qadın birliyi olması Konstitusiyaya salınmalıdır. Koalisiya konstitusiyanın 36-cı maddəsində “cütlüklər” sözünü “kişi və qadın”la əvəzləməyi təklif edir.

İnsan haqları fəalı Giorgi Tatishvili bu ilin əvvəlində eynicinsli nikahların qanuniləşməsi təklifilə çıxış edib. Bundan dərhal sonra “Gürcü Arzusu” konstitusiyaya dəyişiklik planlarını açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG