Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

-

Kafka 1913-cü ildə sevgilisinə yazdığı məktubda bir texniki ixtira üçün ideya veribmiş: telefonla yazı makinasının birləşdiyi bir cihaz. Söhbət hər ikisinin antik versiyasından gedir.

Məktubda deyilir ki, sevgilim, bu cihaz mütləq ixtira olunmalıdır, o, nəşriyyat, ədəbiyyat agentliyi işlərində, mənim də işlərimdə gündəlik faydalı olardı.

Kafkanın sevgilisi Felice Bauer o zaman almanların parloqraf (antik yazı makinası) buraxan "Carl Lindström AG" şirkətinin Berlin ofisində işləyirdi.

O, Kafkanın ideyası əsasında sözügedən şirkətdə zəngə cavab vermək qurğusuna malik yazı makinası düzəltdirmişdi. Bauer hətta bu cihazların reklamına çəkilmişdi.

Ancaq Kafkanın heç vaxt ideyasından mənfəət götürmək imkanı olmadı. Çünki telefonla makinanın birləşməsi artıq icad olunmuşdu və patentləşdirilmişdi.

Mühəndis Ernest O. Kumberg “Telefonoqraf”ı 1900-cü ildə Danimarkada qeydiyyatdan keçirmişdi. Amma bu cihaz narahat olduğundan heç vaxt geniş istehsala buraxılmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG