Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

-

Sloveniya martın 9-dan miqrantların ölkəyə girişini məhdudlaşdırmağa başlayır. Məqsəd qonşu Xorvatiyadan Sloveniyaya keçən miqrantların qarşısını almaqdadır. Hər iki ölkə Avropa Birliyinin üzvləridir. Miqrantlar daha sonra AB-nin daha inkişaf etmiş ölkələrinə üz tuturlar.

Sloveniya sərhədçiləri martın 9-dan sərhədi keçən hər bir şəxsdən AB vizası tələb edəcək. Serbiya hökuməti artıq Lyubliananın bu barədə onu məlumatlandırdığını bildirib.

Beləliklə də, Türkiyədən və Yunanıstandan gələn, Balkanlardan AB ölkələrinə keçən miqrantların bir yolu bağlanmış olacaq.

AB üzvü olmayan Serbiya da Makedoniyadan gələn miqrantar üçün sərhəddə oxşar tədbirlər görəcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG