Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

-

İranın son raket sınağı BMT qətnamələrini poza bilər və Vaşinqton, ola bilsin, məsələni BMT Təhlükəsizlik Şurasında qaldırsın.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bunu martın 8-də Vaşinqtonda deyib. Elə həmin gün İran dövlət mediası ölkənin bir neçə sınaq keçirməsi barədə məlumat yayıb.

Kirby deyib ki, sınaqların keçirildiyini hələlik təsdiqlədə bilməyblər, ancaq Vaşinqton buna cavab olaraq birtərəfli və ya beynəlxalq tədbir görə bilər.

Ağ Evin sözçüsü Josh Earnest martın 8-də bildirib ki, raket sınağı Tehranın ötən il altı dövlətlə imzaladığı beynəlxalq nüvə razılaşmasını pozmur. Earnest-in sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bu durumda tətbiq olunacaq azı bir qətnaməsi mövcuddur.

O söyləyib ki, Obama administrasiyası “hələ də məsələni Təhlükəsizlik Şurasının çıxarmağın gərəkliliyini dəyərləndirir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG