Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

-

Pentaqon rəsmiləri bildirir ki, ötən həftə İslam Dövləti (İŞİD) silahlı qruplaşması komandirlərindən biri ABŞ hava zərbəsilə, çox güman ki, öldürülüb. “Çeçen” ləqəbli Omar al-Shishani-nin 12 İŞİD döyüşçüsü ilə birlikdə həlak olduğu bildirilir.

Pentaqonun mətbuat katibi Peter Cook martın 8-də deyib ki, hücumlar Suriyada əl-Şəddadi yaxınlığında endirilib. Vaxtilə İŞİD-in nəzarətində olan bu ərazi fevralda ABŞ qüvvələrinin dəstəyilə Kürd Suriya Demokratik qüvvələri tərəfindən tutulub.

Əsl adı Tarkhan Batirashvili olan həmin komandir qruplaşma daxilində bir neçə yüksək rütbəli hərbi vəzifə tuturdu, Suriyanın Raqqa şəhərində otururdu. Zərbə anında o, əl-Şəddadidə İŞİD döyüşçülərini ruhlandırırmış.

Shishani Gürcüstanın Pankisi dərəsindən olan etnik çeçendir.

Günün bütün mövzuları

XS
SM
MD
LG