Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

-

Avropa Parlamentinin üzvləri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogerinini ukraynalı pilot Nadia Savchenkonun qanunsuz həbsinə görə Rusya prezidenti Vladimir Putin və digər 28 şəxsə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Martın 8-də 57 deputatın imzaladığı müraciətdə Rusiya vətəndaşları və rusiyapərəst separatçılar, Savchenkonun qanunsuz siyasi qərarla oğurlanaraq Rusiyaya aparılması və qondarma ittihamlarla məhkəməyə cəlb edilməsində ittiham olunurlar.

Deputatlar Putinlə yanaşı, Rusiya təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikob, Dövlət Dumasındakı xarici məsələlər üzə komitənin rəhbəri Aleksei Pushkov və Ukraynanın şərqindəki separatçıların lideri İgor Plotnitskyni qara siyahıya salmağa çağırırlar.

Sachenko 2014-cü ildə Ukraynanın şərqində tutularaq Rusiyaya aparılıb.

O 2 rusiyalı jurnalistin qətlində, onların yerini deməkdə ittiham olunur.

Savchenko ittihamı rədd edir və hazırda quru aclıq aksiyası keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG