Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Rusiya ilə bağlı dopinq qalmaqalı getdikcə böyüyür.

Tennis ulduzu Maria Sharapovanın ardınca daha 3 rusiyalı idmançının qanında bu ilin yanvarından qadağan olunmuş meldonit maddəsi aşkar edilib.

Bunlar voleybol millisinin üzvü Aleksandr Markin, beşqat dünya çempionu xizəkçi (konki) Pavel Kulijnikov və qısa məsafəyə qaçan xizəkçi (Olimpia çempionu) Semyon Elistratovdur.

Həmçinin fiqurlu konki sürən Ekatrina Bobrova və onun tərəfdaşı Simitri Solovyev buna görə Bostonda keçiriləcək dünya çempionatından xaric ediliblər.

Bundan başqa, velosipedçi Eduard Vorqanovda da eyni maddə aşkar edilib.

Meldonit harmonal dərmanlar sinfinə daxildir. Onu latviyalı akademik Ivars Kalvins icad edib. O bunun dopinq yox, dərman olduğunu deyir.

Kalvinsin sözlərinə görə bu dərmanı il ərzində 2 milyona yaxın adam qəbul edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG