Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

Yunanıstanın baş naziri Alexis Tsipras martın 8-də İzmirə gedib.

Onu türkiyəli həmkarı Ahmet Davutoglu qarşılayıb.

Tsipras İzmirə, Yunanıstan-Türkiyə biznes forumunda iştirak etmək üçün gedib.

Bu toplantı iki ölkə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində keçirilir.

Növbəti toplantı isə ilin sonunda Yunanıstanın Simi şəhərində olmalıdır.

İzmir toplantısında çox güman ki, əsasən miqrant böhranı müzakirə ediləcək.

Qeyd edək ki, Yunanıstan Avropaya miqrant axınında əsas qapı hesab olunur.

Əsasən Suriya və İraqdan olan miqrantlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Son 10 gün Ərzində Yunanıstana 10 minlərlə qaçqın yığışıb.

Türkiyədə isə hazırda 3 milyona yaxın qaçqın var.

Günün bütün mövzuları

XS
SM
MD
LG