Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

BMT-nin qaçqınlar üzrə idarəsi miqrant böhranı ilə bağlı Avropa Birliyi ilə Türkiyə arasındakı ilkin razılaşmasını tənqid edib.

İdarənin martın 8-də yaydığı bəyanatda xaricilərin kütləvi şəkildə çıxarılmasının beynəlxalq normala zidd olduğu bildirilir.

İdarənin Avropa bürosu üzrə direktoru Vencan Kostel bildirib ki, Yunanıstana gələn miqrantların 91 faizi silahlı münaqişə gedən İraq, Suriya və Əfqanıstan kimi ölkələrdəndir.

O həmçinin Türkiyənin təxminən 2 milyon 750 minə yaxın qaçqın qəbul etməklə, Avropadan daha çox iş gördüyünü deyib.

Qeyd edək ki, ilkin razılaşma martın 7-də Brüssel başlanan sammitdə əldə olunub.

Razılaşmaya əsasən Türkiyə Avropadakı qanunsuz miqrantları geri qəbul etməli, Avropa Birliyi isə əvəzində Ankaraya əlavə vəsait ayırmalı, onunla üzvlük danışıqları və vizasız gediş-gəliş sistemini tezləşdirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG