Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Əşşi, neyləyək kral ailəsisiz...


Şahzadə William, həyat yoldaşı Catherine və oğulları Şahzadə George
Şahzadə William, həyat yoldaşı Catherine və oğulları Şahzadə George

►Otel kral ailəsinin üzvlərinə "yox" dedi

Britaniya kral ailəsinin üzvləri Uels şahzadəsi William, xanımı Kəmbric hersoginyası Kate Middleton və William-ın qardaşı şahzadə Harry Fransanın Amyen şəhərindəki beşulduzlu oteldən soyuq münasibət görüblər.

Britaniya taxt-tacının varisi xanımı ilə birlikdə Somme döyüşünün 100 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmək qərarına gəliblər.

Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən olan Somme döyüşü 1 iyul - 18 noyabr 1916-cı il tarixlərində baş verib.

Ancaq şahzadə və xanımı vilayətdəki yeganə beşulduzlu otel olan Le Hôtel Marotte-da yerləşə bilməyiblər. Otelin meneceri deyib ki, hələ yaydan Fransanın Xarici İşlər Nazirliyi onunla əlaqə saxlayaraq Britaniya kral ailəsinin üzvləri üçün dörd lüks nömrə (gecəsi 350 funt) saxlamağı xahiş edib.

Ancaq o bunu etməkdən imtina edib, çünki həmin vaxt üçün otel tamamilə dolu imiş və o, kral ailəsinin üzvləri üçün olsa belə digər müştəriləri oteldən çıxarmağı qeyri-etik hesab edib.

"Biz neçə ay əvvəldən nömrə saxlatdırmış və pullarını ödəmiş qonaqlarımıza elan edə bilmərik ki, "bağışlayın, bizə kral ailəsi qonaq gəlir, biz sizin sifarişinizi ləğv edirik,"" deyə o bildirib.

Yerli qəzetlər yazırlar ki, kral ailəsinin üzvləri hələ də təntənəli mərasim müddətində Amyen ətrafında qalmağa yer axtarırlar.

Buna da bax: Məşhur tərkidünya qadın necə yaşayır- [Fotolar]

XS
SM
MD
LG