Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

-

2015-ci ildə Azərbaycanda 565 ton balıq ovlanıb.

Statistika Komitəsinin məlumatına görə, halbuki illik kvota 677 ton təşkil edib. Balıq ovlanması ilə bağlı 156 hüquqi və fiziki şəxsə icazə verilib.

Komitə qeyd edir ki, balıq ovu əvvəlki illərlə müqayisədə azalıb. 2014-cü illə müqayisədə azalma 35 faiz təşkil edib.

İl ərzində 138 ton kilkə, 118 ton siyənək, 116 ton kütüm, 78 ton kefal, 54 ton külmə, 21 ton çapaq balığı ovlanıb.

Ötən il balıqçılardan kvota üçün büdcəyə ödənilən daxilolma cəmi 26 min manat olub.

Minimum istehlak səbəti göstəricilərinə əsasən, ölkədə bir nəfərin balıq və balıq məhsulları istehlakı üzrə minimal tələbat norması ildə 7,7 kiloqramdır. Bu hesabla ölkənin illik balıq tələbatı 74 min ton olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG