Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

-

“SOCAR ilə əldə olunmuş razılaşmadan sonra "Qazprom"dan əlavə qaz almağa ehtiyac qalmayıb”.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin SOCAR-la danışıqların yekunu ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Trend-in xəbərinə görə, nazir qeyd edib ki,“Qazprom”şirkəti ilə danışıqlar Gürcüstana məxsus infrastruktur vasitəsilə Rusiyadan Ermənistana təbii qaz nəqli şərtləri ilə bağlı aparılıb:

“Bu qəbildən olan danışıqlar 2014-cü ildən etibarən hər il keçirilir. Eyni zamanda danışıqlara kəsiri qarşılamaq üçün əlavə təbii qaz həcmlərinin tədarükü imkanını daxil idi. SOCAR ilə imzalanmış saziş nəticəsində “Qazprom”dan əlavə qaz alışına ehtiyac qalmayıb” - deyə nazir bəyənatında vurğulayıb.

Fevralın 4-də SOCAR-la Gürcüstan hökuməti arasında yeni qaz anlaşması imzalanıb. Anlaşma Gürcüstana əlavə olaraq 500 milyon kubmetrə yaxın qaz nəql edilməsini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG