Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Azərbaycan Qətərlə sazişlər imzaladı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanla Qətər arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. president.az saytı xəbər verir ki, sənədlərin imzalanması mərasimi dövlət başçısı İlham Əliyev və Qətər Əmiri şeyx Tamim bin Hamad al-Thani-nin iştirakı ilə keçirilib.

Gömrük komitələri, nəqliyyat, maliyyə, kənd təsərrüfatı, təhsil və ədliyyə nazirlikləri arasında anlaşma memorandumları imzalanıb.

Bundan əlavə tərəflər arasında diplomatik və xüsusi pasportlara malik vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol , «Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş» imzalanıb.

Qətər Əmiri şeyx Tamim bin Hamad al-Thani martın 7-də Azərbaycana gəlib.

XS
SM
MD
LG