Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:33

-

«IV Qlobal Bakı Forumunda səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə bilər».

Bunu, APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, forum siyasi əsaslı tədbirdir: «Belə forumlar keçirilərkən bəzi insanlar burada səslənən fikirlərdən narahat olurlar. Bu fikirlərin Azərbaycanın yürütdüyü siyasətə problem yaradacağını düşünürlər. Bu forumlarda hər kəs fikrini söyləyə bilər. Burada səslənən fikirlər Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməyə, bəzi hallarda tam əksi də ola bilər».

Komitə sədri qeyd edib ki, Qlobal Bakı Forumunda Qarabağ məsələsi də müzakirə olunacaq: «Hər bir forum başa çatdıqdan sonra qonaqlar öz ölkələrində məqalələrlə çıxış edirlər. Bu forumdan sonra da Azərbaycanla bağlı fikirlərini bildirəcəklər. Bu, Azərbaycanın tanıdılması deməkdir».

Bu il martın 10 və11-də «Çoxqütblü dünyaya doğru» mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumuna 300-ə yaxın nümayəndənin qatılacağı deyilir.

Forumda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək Bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG