Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

IV Qlobal Bakı Forumuna hazırlıq


Bayraq Meydanı
Bayraq Meydanı

-

Bakıda IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının İllik Plenar iclası keçirilib. APA xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə gerçəkləşib.

İclasda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.
Kanadanın sabiq baş naziri Jean Chrétien Şuranın yaranma tarixindən və məqsədindən bəhs edib. O qeyd edib ki, bu kimi qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir.

Daha sonra çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru Ismail Serageldin deyib ki, Yaxın Şərqdə baş verən hadisələr Forumun əsas mövzusu olacaq.

İrlandiyanın sabiq baş naziri Bertie Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər.

Martın 10-da keçiriləcək IV Qlobal Bakı Forumu martın 11-də başa çatacaq.

XS
SM
MD
LG