Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

-

Nyu Yorkun keçmiş meri Michael Bloomberg deyir ki, bu ilki prezident seçkisinə müstəqil namizəd kimi qatılmayacaq. Səbəbini də belə izah edib ki, o, seçkiyə gedərsə, bu, respublikaçı Donald Trump-ın, yaxud senator Ted Cruz-un qələbəsilə nəticələnir.

Bloomberg bu barədə “Bloomberg View”da yazıb:

“Amerikalıların çoxu mənə namizədliyimin verməyə çağırırdı. Onların etibarını dəyərləndirirəm və bu məsələni ciddi götür-qoy etdim. Ancaq açıq-aşkar görürəm ki, yarışa girsəm, uda bilməyəcəyəm”. Onun fikrincə, bir neçə ştatda qalib gələ bilər, ancaq bu, qələbə üçün yetərli deyil.

Michael Bloomberg hansı namizədi dəstəklədiyini də açıqlamayıb.
73 yaşlı media maqnatının seçkiyə qatılmaq niyyəti barədə məlumatlar yanvarın sonundan yayılıb. O, 2013-cü ildən Nyu Yorkun meri postundan gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG