Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01

-

Rusiyanın tennis ulduzu Maria Sharapova bildirib ki, orqanizmində qadağan olunmuş maddə aşkarlanıb. Sharapova yanvarda keçirilən “Australian Open” yarışmasında dopinq testindən keçmədiyini açıqlayıb.

Martın 7-də Los Ancelesdə keçirdiyi mətbuat konfransında tennisçi deyib ki, onda meldonium maddəsi tapılıb. Beynəlxalq Antodopinq agentliyi qan təzyiqinin yaxşılaşdırılması üçün istifadə olunan maddəni qadağan olunmuş maddələr siyahısına bu il salıb.

Sharapova həkiminin illərdir həmin dərmanı ona yazdığını, “tez-tez xəstələndiyindən və maqnezium çatışmazlığından” onu qəbul etdiyini söyləyib.

Bu ilki yay olimpiadasına vəsiqə qazanmış Sharapova-ya bir neçə illik qadağa qoyula bilər, ancaq səmimi etirafına görə rəsmilər minimum sanksiya ilə də kifayətlənə bilərlər.

Meldonium Latviyada hazırlanır, Litvada və Rusiya Federasiyasında işlədilir. Ancaq ABŞ-da istifadəsi qadağandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG