Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

-

Bu gün yel çərşənbəsidir. Bu, Novruz bayramının müjdəçilərindən sayılan 4 ünsürdən üçüncüsü olan yel çərşənbəsidir. Bundan əvvəl su və od çərşənbələri olmuşdu. Martın 15-də isə sonuncu, torpaq çərşənbəsi qeyd olunacaq

İnama görə bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir.

Bu çərşənbə həm də anım çərşənbəsi kimi qeyd olunur. Məhz bu çərşənbədə ailələr dünyadan gedənlərini yad etmək üçün onun qəbrini ziyarəti edər, ruhlarına dualar edərlər.

Bu çərşənbədə də təmizlik işləri davam edər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.

Qız-gəlinlər elə bu çərşənbədən etibarən son və ya ilaxır çərşənbənin hazırlıqlarına başlayarlar. Qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Yel çərşənbəsində də axşam tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Azərbaycana bu il bahar martın 20-si, səhər saat 8-30-da qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG