Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:45

Tunisin sərhədində 53 nəfər öldürülüb


Ben Guerdane şəhərində xəstəxana, 7 mart, 2016-cı il

Ben Guerdane şəhərində xəstəxana, 7 mart, 2016-cı il

-

Martın 7-də Tunisin Liviya ilə sərhədində hökumət qüvvələri ilə ekstremistlər toqquşub, azı 53 nəfər öldürülüb. Tunisin Baş naziri Hassid Essid dövlət televiziyası ilə çıxışında deyib ki, hücumu İslam Dövləti (İŞİD) silahlı qruplaşması təşkil edib, məqsədi sərhəddə mövqe ələ keçirmək olub.

Silahlılar səhər tezdən Ben Guerdane şəhərinə hücum çəkib, döyüş gecə saatlarınadək davam edib. Tunis Liviya ilə sərhədini bağlamalı olub.

Tunis Prezidenti Beji Caid Essebsi-nin sözlərinə görə, hücum yaxşı planlaşdırılıb və təşkil edilib, məqsəd də ərazini ələ keçirərək yeni əmirlik elan etmək olub.

Ölənlərdən 35-i hücumçular, 7-si dinc sakin, 11 nəfəri isə Tunis təhlükəsizlik qüvvələrinin üzvləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG