Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Türkiyə martın 7-də Brüssel sammitində miqrant axının qarşısını almaq üçün dah yaxın əməkdaşlıq üçün yeni təklif verib.

Yeni təklifdə Avropa Birliyinin qaçqın problemi ilə bağlı Türkiyəyə ayırdığı 3 milyard avro maliyyə yardımının iki dəfə artırılması nəzərdə tutulur.

Avropa Birliyi istəyir ki, Türkiyə Avropadan sığınacaq ala bilməyən miqrantları geri qəbul eləsin.

Türkiyə bunun müqabilində miqrant axınının qarşısını almaq üçün daha çox iş görəcəyini vəd edir.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinə üz tutan qaçqınların əksəriyyəti Suriya və İraqdandır.

Başqa bir məlumata görə isə Ankara Avropa Birliyinə üzvlük danışıqlarının tezləşdirilməsini və ölkə vətəndaşlarının Şengen zonasında hərəkətinin sadələşdirilməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG