Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Avropa Birliyinin liderləri miqrant böhranı ilə bağlı Brüsseldə keçirilən sammiti uzatmaq qərarına gəliblər.

Buna səbəb Türkiyənin baş naziri Ahmet Davutoglunun martın 7-də sammitdə böhranın həlli ilə bağlı yeni təklif verməsi olub.

Bunu jurnalistlərə Davutoglunun sözçüsü deyib.Amma o yeni təklifin detallarına aydınlıq gətirməyib. Təkcə onu qeyd edib ki, Türkiyənin Avropa Birliyinə qəbulu Türkiyə nümayəndə heyəti üçün problemlərdən biridir.

Avropa Birliyinin Türkiyədən Avropada sığınacaq ala bilməyən qaçqınları geri almasını xahiş edəcəyi gözlənilir.

Türkiyənin baş naziri Ahmet Davutoglu bundan əvvəl jurnalistlərə bildirimişdi ki, sammitdə miqrant problemi ilə yanaşı Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi də müzakirə oluna bilər və buna ümidlə yanaşır.

Qeyd edək ki, Avropa Birliyi miqrant axınının qarşısını almaq və onların Türkiyədə şəraitinin yaxşılaşdırılması üçün Ankaraya 3 milyard avro yardım verib.

Birlik Türkiyənin bu sahədə müəyyən irəliləyi nail olduğunu, amma hələ də Türkiyədən Yunanıstan, ordan isə Balkan və Avropa Birliyi ölkələrinə miqrant axınının davam etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG