Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

-

Səbail Məhkəməsi Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədovla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarovun həbs müddətini uzadıb.

Bu haqda İ. İsfəndiyarovun vəkili İradə Cavadova məlumat verib.

Vəkil APA-ya deyib ki, həbs müddəti iyunun 12-dək uzadılıb. Məhkəmə bununla yanaşı İ. İsfəndiyarov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatəti də rədd edib.

Vəkil qərardan apellyasiya şikayəti verəcək.

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədovla birlikdə həbs olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov dələduzluqda təqsirləndirilir. Cinayət işinin istintaqı davam edir.

Onlar ötən il həbs olunublar.

Səbail Məhkəməsi martın 4-də təqsirləndirilənlərdən A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirini həyat yoldaşının ağır xəstə olması nəzərə alınmaqla dəyişib. O, başqa yerə getməmə iltizamı alınmaqla azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG