Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:16

“Türkiyədə yenidən kürdlərlə sülh prosesinə başlamaq lazımdır”.

Bunu martın 7-də Brüsseldə jurnalistlərə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini deyib.

O, qeyd edib ki, Türkiyə hakimiyyəti mövqeini dinc yolla ifadə edən kürd siyasətçilərlə yenidən bir araya gəlməlidir.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə gəldikdə isə o qeyd edib ki, Türkiyə Avropa Birliyinin bir sıra çağırışlarına cavab verməli, sərbəst birləşmə və söz azadlığı kimi fundamental azadlıqlardan tutmuş, qanunun aliliyi, demokratiya və yüksək standartlara əməl etməlidir.

Qeyd edək ki, Brüsseldə miqrant böhranına həsr olunmuş Avropa Birliyi-Türkiyə sammitində Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə də baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG