Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Ekvadordakı Tanqarahua vulkanı bazar günündən puskürməyə başlayıb.

Püskürtünün hündürlüyü 2,5 km olub və And dağının yamacından qaynar lava axmağa başlayıb.

Vulkanın ətrafında çoxlu ağaclar və kiçik ferma var.

Sakinlər ehtiyat edir ki, vulkanın aktivliyi arta bilər.

Küldən qorunmaq üçün onlar maska geyir, amma heyvanları, mal-qaranı bundan qorumaq mümkün deyil.

“Torpaq bizi heç vaxt bu qədər cəzalandırmamışdı. Gecədən səhərədək ətrafa kül tökülüb.

Ketməyə yerimiz yoxdur, hara gedək, bizi gözləyən hər şeyi qəbul etməli olacağıq, yerli fermer Xose Moroço deyir.

Tanqarahua paytaxt Kito-nun 135 kilometrliyində yerləşir.

Vulkan ötən həftə oyanıb. Mütəxəssislər xəbərdarlıq edib ki, yeni püsgürmələr ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG