Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün keçirilən toplantısında futbol qaydalarına bir çox yeniliklər edilməsi ilə bağlı qərar verilib.

Yeni qaydalara görə, oyunların daha ədalətli idarə edilməsi üçün hakimlər mübahisəli epizodların videotəkrarına baxa biləcəklər.

Komandalar oyuna əlavə edilmiş vaxtda 4-cü oyunçu dəyişikliyindən istifadə edə biləcəklər.

Ən vacib qərar isə "üçqat cəza" sisteminin ləğv edilməsidi.

Yəni oyunçu adi mübarizə şəraitində penaltiyə səbəb olarsa, ona qırmızı yox, sarı vərəqə göstəriləcək. Xüsusi kobudluq hallarında isə qırmızı vərəqə qüvvədə olacaq.

FIFA prezidenti Gianni İnfantino toplantıda bildirib ki, bu qaydalar iyunun 1-dən qüvvəyə minəcək və ilk dəfə AVRO-2016 və Amerika Kubokunda istifadə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG