Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:24

-

Martın 7-də Səbail Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına qarşı doqquz iddiasını rədd edib.

Məhkəmə iddiaların əsaslı olmadığı qənaətinə gəlib. Bu haqda Report xəbər verir.

Səbail Məhkəməsi sözügedən şikayətlərə artıq üçüncü dəfədir ki, baxır.

Baş direktor Mirşahin Ağayev hələ ötən ilin oktyabrında Səbayel Məhkəməsində 8 iddia qaldıraraq Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin ANS-ə xəbərdarlıq edilməsi və cərimələnməsini nəzərdə tutan 5 və 13 oktyabr tarixli qərarlarının ləğv olunmasını tələb etmişdi. Rayon məhkəməsi telejurnalistin bütün iddialarını rədd etmişdi. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib yenidən baxılmaq üçün rayon məhkəməsinə qaytarmışdı.

Səbail Məhkəməsi ikinci baxış zamanı telekanalı haqlı hesab edib, Teleradio Şurasının üzərinə ANS barəsində qərarlarına yenidən baxmaq vəzifəsi qoymuşdu. Şura isə qərarlarını dəyişməmişdi.

Səbail Məhkəməsi bu dəfə Teleradio Şurasını haqlı sayıb.

Milli Teleradio Şurası son 2 ildə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG