Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:18

Taleh Bağırzadənin həbs müddəti artırıldı


Tale Bağırzadə
Tale Bağırzadə

-

Martın 7-də Nəsimi Rayon Məhkəməsində Baş prokurorun müavini Rüstəm Usubovun «Müsəlman Birliyi Hərəkatı» təşkilatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə ilə bağlı təqdimatına baxılıb. Təqdimat əsasında ilahiyyatçının barəsində həbs-qətimkan tədbirinin müddəti iyunun 26-na qədər artırılıb. Qapalı keçirilən məhkəmə prosesində Tale Bağırzadə özü də iştirak edib.

Bu barədə AzadlıqRadiosuna ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verərək bildirib ki, həbs müddətinin uzadılmasına dair qərardan apellyasiya şikayəti veriləcək.

Məhkəmədə Tale Bağırzadə çıxış edib və qanunsuz həbs olunduğunu bildirib. İlahiyyatçı ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu vurğulayıb.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin olaraq dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs edilib.

«Müsəlman Birliyi Hərəkatı» dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG