Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:51

-

NATO nümayəndələri gələn həftə Azərbaycanın bu qurum ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) çərçivəsində Bakıya gələcəklər.

«Report»un xəbərinə görə, bu barədə Bakıda keçirilən «Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər» beynəlxalq konfransında çıxışı zamanı NATO mənzil-qərargahının rəsmi nümayəndəsi Steffen Elgersma məlumat verib.

«NATO ilə Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Praktiki əməkdaşlığımızdan məmnunuq», - deyə S.Elgersma bildirib.

S.Elgersma qeyd edib ki, 2014-cü ildən dünyadakı siyasi vəziyyət pisləşməyə başlayıb. Bu, Alyans üçün müəyyən problemlər yaradır. O, müdafiə üzrə kollektiv tədbirlərin görülməsinin vacibliyini önə çəkib.

NATO-nun rəsmi nümayəndəsi deyib ki, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı vacib sayırlar.

Ancaq S.Elgersma əlavə edib ki, Cənubi Qafqazın üç ölkəsi NATO ilə əməkdaşlıqda müxtəlif yanaşmalara malikdir. Alyans bu yanaşmaların hamısına hörmətlə yanaşır.

Azərbaycan 1994-cü ildən NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planı layihəsindədir. Azərbaycan Plan səviyyəsində ikinci əməkdaşlıq layihəsinə 2005-ci ildə keçib.

Amma Azərbaycan rəsmiləri bu quruma üzvilikdə, hələlik, maraqlı olmadıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG