Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

-

Göygöl rayon sakini intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. ANS PRESS bu xəbəri Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına istinadən yayıb.

Xəbərə görə, Göygöl şəhər sakini, 37 yaşlı Cavanşir Valeh oğlu Aşırəliyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan 37 yaşlı bu şəxs dərhal xəstəxanaya çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Xəbərdə bildirilir ki, o, özünü həyat yoldaşının ata evinə qayıtması üzündən yandırıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG