Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:46

-

Qaraçuxur qəsəbəsindəki «Cümə» məscidini yandırmaqda ittiham olunan iki nəfərə martın 7-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Ələkbərova 15 il həbs cəzası kəsilib. Digər təqsirləndirilən Namiq Nəsibov məcburi müalicəyə məhkum edilib. Əvvəlki proseslərdə Namiq Nəsibovun vəkili onun psixi problemləri olduğunu bildirmiş, məhkəmədən məcburi müalicəyə göndərilməsinə dair qərar verilməsini xahiş etmişdi.

Martın 7-də məhkəmə zalında Elnur Ələkbərov hökmə qolunu kəsməklə reaksiya verib. Anası Sevda Ələkbərova isə intiharla hədələyib: «Ya Prezident Administrasiyasının, ya da MTN qarşısında özümü yandıracam. Onsuz da bir oğlum vardı, o da günahsız getdi».

Sevda Ələkbərova

Sevda Ələkbərova

Elnur Ələkbərov məhkəmədə «son sözü»ndə deyirdi ki, törətmədiyi cinayəti etiraf etməsi üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işgəncələrə məruz qalıb, ondan rüşvət tələb olunub.

«Cümə» məscidində yanğın 2014-cü il noyabrın 26-da baş verib. Namiq Nəsibov və Elnur Ələkbərova qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələri ilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə ittiham olunur. Cinayət işinin materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Qeyd olunub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK-nın nəzarətində olan ərazilərə gedərək, oradakı döyüşlərdə iştirak edib.

Prokuror təqsirləndirilən şəxslərdən Namiq Nəsibova 17, Elnur Ələkbərova isə 15 il həbs cəzası verilməsini istəmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG