Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

DTX-da yeni təyinatlar


DTX
DTX

-

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

APA xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ.Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb. Sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə yenidən xidmətə qaytarılıb.

DTX rəisi Mədət Quliyevin imzaladığı əmrlə isə Əli Şəfiyev bu qurumun Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Ə.Şəfiyev Milli Təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub. Onun bazasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

XS
SM
MD
LG