Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:37

Azərbaycanın payına 294 kq qızıl düşüb


Qızıl
Qızıl

-

2015-ci ildə Gədəbəy qızıl filiz yatağında istehsal edilmiş qiymətli metallardan Azərbaycana düşən pay açıqlanıb. Bu, 293.8 kq qızıl, 117 kq gümüş və 124 ton misdir.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

2009-cu il mayın 26-da Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirilib.

1997-ci ildə Azərbaycanın «Azərqızıl» Dövlət Şirkəti ilə ABŞ-ın «R.V. Investment Group Services LLC» şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsində gəlir payının 51 faizi Azərbaycana düşür.

49 faiz payı olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti isə layihəyə rəhbərlik edir. Bu şirkət Londonda qeydiyyatdan keçən «Anglo-Asian Mining» MMC-nin tam subsidiyalı mülkiyyətidir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihə üçün zəruri olan bütün kapitalı təmin edir.

XS
SM
MD
LG