Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:15

-

Rusiyanın Vorkuta şəhəri rəsmiləri bu günlərdə partlayış baş vermiş kömür mədəninə su vurmaq qərarına gəliblər. Ötən aykı partlayışda 30 şaxtaçı və 6 xilasedici həlak olub.

Rusiya hökumət komissiyası martın 6-da bildirib ki, Severnaya şaxtasının suyla doldurulmasına dərhal başlanıb və 60-80 gün çəkəcək.

Fevralın 25-də metan partlayışında 4 şaxtaçı ölüb, 26 nəfər itkin düşüb. Fevralın 28-də ikinci partlayışda isə altı xilasedici həlak olub. Daha sonra xilasetmə işləri dayandırılıb və itkin düşənlərin də öldüyü elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG