Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45

-

AXCP Gənclər Komitəsinin fəalı Ceyhun İsgəndərlinin məhkəməsinin vaxtı bəlli olub.

Partiyadan verilən xəbərə görə, C.İsgəndərli bu gün məhkəmə qarşısına çıxarılır. Yevlax Rayon Məhkəməsində keçiriləcək prosesin saat 15.00-da başlaması gözlənilir.

Bakının Nəsimi rayon şöbəsində qeydiyyatda olan C.İsgəndərli yanvarın 22-də Yevlax rayonunun Qaroğlan kəndində saxlanıb. Onu Yevlax Polis Şöbəsinə aparsalar da, bu barədə ailəsinə xəbər verilməyib. C.İsgəndərlinin özü bir gün sonra gizlincə zəng vuraraq, ailəsini baş verənlərlə bağlı məlumatlandırıb. O deyib ki, saxlanaraq Yevlax polisinə gətirilib və narkotik maddə saxlamaqda ittiham olunur.

AXCP-nın Gənclər Komitəsinin buna qədər də bir neçə üzvü narkotik maddə saxlama və daşıma ittihamı ilə saxlanaraq həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG