Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:41

İldırım düşdü, transformator yandı


İldırım
İldırım

-

Lənkəranda ildırım elektrik transformatorunun üstünə düşüb.

APA-nın xəbərinə görə, hadisə martın 6-da şəhərin Nəsimi küçəsində qeydə alınıb. İldırım düşməsi nəticəsində transformatorda yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın söndürülüb.

Nəticədə transformatorun içərisindəki yağ açarı və qoruyucu yanaraq sıradan çıxıb. Hadisə baş verən ərazinin yaxınlığındakı evlər enerjisiz qalıb.

XS
SM
MD
LG