Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

-

Bir neçə mühacir martın 6-da Niderland Krallığının Amsterdam şəhərində OYAN Siyasi Hərəkatını təsis ediblər. Bu haqda Hərəkatın mediaya açıqlamasında deyilir:

«Hərəkatın əsas məqsədi cəmiyyəti qısa zaman ərzində təşkilatlandıraraq aktiv siyasi proseslərə cəlb etmək və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır».

Açıqlamaya görə, Hərəkat yalnız İdarə Heyəti tərəfindən idarə olunur.

İdarə Heyətinə Ataxan Əbilov, Nahid Cəfərov, Rəsul Mürsəlov və Aydın Ramazanov daxildir. Açıqlamaya görə, İdarə Heyətinin fəaliyyətinə Hərəkatın Beyin Mərkəzinə üzv olan və dünyanın müxtəlif yerlərində təhsil almış gənclər dəstək verirlər. Beyin Mərkəzinin əsas funksiyası isə Hərəkatın fəaliyyət istiqamətlərini, mübarizə metodlarını müəyyən etmək, müxtəlif konsepsiyalar hazırlayaraq İdarə Heyətinə təqdim etməkdən ibarətdir.

Hərəkat öz əsas fəaliyyətini cəmiyyəti dəyişiklikliyin vacibliyinə inandırmaq üzərində qurur. Bununla bağlı müxtəlif sahələrə dair (təhsil, səhiyyə, vergi, iqtisadi inkişaf, kənd təsərrüfatı, nəqliyyat və s) proqramlar hazırlayaraq cəmiyyətə təqdim etməyi nəzərdə tutur.

Sənəddə sonda Hərəkat hakimiyyətə qarşı mübarizədə aktiv olan bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir.

Müraciətə imza atanlardan Nahid Cəfərov Azərbaycanın Niderland Krallığındakı səfirliyində üçüncü katib və konsul işləyib. O, ötən ilin sentyabrında tutduğu vəzifələrdən azad edilib. Buna isə səbəb onun XİN-in çağırışından imtina edərək Azərbaycana qayıtmadığı bildirilirdi.
Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı keçmiş səfiri, «qiyamçı diplomat» Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır. İşdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını güman edib.

Bundan sonra isə keçmiş diplomatdan hakimiyyət əleyhinə ittihamlar eşidildi. XİN isə açıqlama verərək Nahid Cəfərovun qanuna uyğun işdən kənarlaşdırıldığını bildirdi. Nazir E.Məmmədyarov isə mətbuata açıqlamasında bildirib ki, başqa dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də qanunu, etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olanlara qarşı sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG