Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

-

Vəkil Adəm Məmmədov daha bir səs-küylü cinayət işi üzrə məlumat yayıb. Hüquqşünas “Moderator.az” saytına açıqlamasında bu dəfə Bakı şəhərində çalışan prokurorların birindən bəhs edib:

“Araşdırma zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim şəxsin həbs edilməsinə səbəb, Bakı şəhərində yerləşən rayon prokurorlarından biridir. Belə ki, müdafiə etdiyim şəxs sözügedən prokurorla biznes şərikliyində olub. Şərikli biznes (neft alqı-satqısı) baş tutmadığından, prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Ələddin Qəhrəmanov adlı müdafiə etdiyim şəxs sifarişlə həbs edilib”.

A.Məmmədov bildirib ki, həmin prokurorun müdafiə etdiyi şəxsin külli miqdarda pulunu ələ keçirməsi barədə video və səs yazıları mövcuddur, tezliklə bu barədə geniş açıqlama veriləcək.

Buna qədər vəkil Adəm Məmmədov müdafiə etdiyi Elnur Kərimovun Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri tərəfindən aldandığını bildirirdi. Vəkilin deməsinə görə, bir rayona icra başçısı olmaq əvəzində müdafiə etdiyi şəxsdən 170 min ABŞ dolları pul alınıb. Ancaq bu vəd yerinə yetirilməyib. Bu məsələ ilə bağlı istintaq araşdırması davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG