Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

-

Martın 6-da yüzlərlə etirazçı Kiyevdə Rusiya səfirliyi qarşısına toplaşıb, ukraynalı pilot Nadia Savchenko-ya azadlıq tələb ediblər.

Etirazçılar binaya yumurta, daş atıblar, səfirliyin bir neçə pəncərəsi sındırılıb, maşınlar əzilib, Rusiya bayrağı yandırılıb.

2014-cü ilin iyulunda Ukraynanın şərqində saxlanan Savchenko Rusiyada mühakimə olunub. O, iki rusiyalı jurnalistin ölümündə əli olmaqda təqsirli bilinir.

Prokuror ona 23 il iş istəyib, ancaq proses martın 9-dək ertələnib. Savchenko quru aclığa başlayıb.

Rusiya insan haqları ombudsmanı Ella Pamfilova martın 6-da pilotla görüşüb, daha sonra onun ailəsi ilə telefonla danışıb, durumun qənaətbəxş olduğunu söyləyib.

Savchenko-nun vəkili Nikolai Polozov facebook-da yazıb ki, hüquqlarını müdafiə etdiyi şəxsi yeməyə, ya içməyə məcbur etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG