Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

Keçmiş kosmonavtın nağıl kimi həyatı


Muhammad Faris (ortadakı) həmkarları ilə

Muhammad Faris (ortadakı) həmkarları ilə

-

Kaş ki, dünyadakı bütün pis adamları fəzaya göndərmək mümkün olaydı. Əminəm ki, Yer kürəsinin nə qədər gözəl olduğunu görüb pilsik etməkdən vaz keçərlər

O, Suriyanın “Neil Armstong”u idi. Hava qüvvətlərinin təyyarəçi ikən ölkəsinin Sovet İttifaqı ilə işbirliyi sayəsində “İnterkosmos” uçuş proqramına seçildi. Hava gəmisi 1987-ci ildə Suriya səmasından keçərkən radio vasitəsilə prezident Hafiz Assad-ə salam və sevgilərini ifadə edən nitq söyləyib.

Kosmosdan geri döndüyündə o,adı artıq aeroportlara verilən bir qəhrəman olmuşdu. Muhammad Faris indi Türkiyədə çətinlik içində yaşayan bir qaçqındır.

“QƏHRƏMANKƏN QAÇQIN HƏYATINA DÜÇAR OLDUM”

“Hürriyet” qəzetinə müsahibəsində Muhammed Faris bunları deyir:

“Ölkəmdə bir qəhrəmandım, indi qaçqınam. Dörd ildir ki, Türkiyədəyəm. Altı adam iki otaqlı bir evdə yaşayırıq. Universitetlərdə, konfranslarda məruzə edirəm. Bir vaxtlar ölkəmdə adıma aeroport, küçələr vardı. Pulum, evim, mühafizəm… Ölkəni tərk etdikdən sonra bütün varidatımı müsadirə elədilər. Bu, seçim idi. Xalqımın acı çəkdiyi bir vaxtda qəhrəman kimi qalmaqdansa, sürgündə məhrumiyyətlər içində yaşamağı seçdim”.

Muhammed Faris deyir ki, Hafiz Assadla işləyib. Bashar Assad prezident olduqdan sonra onunla sıx təmasda olub:

“Assad-ın üsulların qarşıydım. Müxalifətin bəzi tələblərinin haqlı olduğunu hesab edirdim, bəzi toplantılara da qatılmışdım. Silahlı münaqişə başlayanda anladım ki, mənə də bir güllə dəyə bilər. Ailəmlə bilrikdə Türkiyəyə gəldim. Kilisdən piyada gəldik. Yurdumda yaşamaq istəməzdimmi? Ən son getdiyimdə hər yeri xaraba gördüm”.

RUSİYAYA KÖÇMƏKDƏN İMTİNA ETİM

Orda görə biləcəyiniz ən gözəl mənzərə Yer kürəsinə baxmaqdır. Bir körpənin anasına baxdığı kimi baxırsız. Bir də heç bir sərhəd yoxdur, dövlət yox, ayrı-seçkilik yox. Dünyanın ananın isti qucağı kimi görürsüz.

Muhammad Faris 1987-ci ildə Sovet İttifaqı qəhrəmanı adını və Lenin nişanına layiq görüldüyünü deyir. O, rus dilində danışmağı bacarır. Deyir ki, Rusiya onu ailəsi ilə birgə onu orda yaşamağa dəvət etsə də, bu təklifdən boyun qaçırıb:

“Çünki Rusiya da Suriyaya bomba yağdırır. Ancaq kosmosa birgə qalxdığım Alexander Viktorenko və Aleksandr Pavloviçlə qardaş kimiyik. Eyni hava gəmisində dünyanı birgə seyr edərkən qardaş olursan. Bu duyğu hər cür fərqliliyi aradan qaldırır”.

Keşmiş kosmonavt fəzada 7 gün, 23 saat 8 dəqiqə qalıb:

“Orda görə biləcəyiniz ən gözəl mənzərə Yer kürəsinə baxmaqdır. Bir körpənin anasına baxdığı kimi baxırsız. Bir də heç bir sərhəd yoxdur, dövlət yox, ayrı-seçkilik yox. Dünyanın ananın isti qucağı kimi görürsüz. Kaş ki, dünyadakı bütün pis adamları fəzaya göndərmək mümkün olaydı. Əminəm ki, Yer kürəsinin nə qədər gözəl olduğunu görüb pilsik etməkdən vaz keçərlər”.

"SURİYA XALQI DÜŞMƏN DEYİL"

Bir vaxtlar ölkəmdə adıma aeroport, küçələr vardı. Pulum, evim, mühafizəm…

Muhammad Faris deyir k, Suriya xalqı dilənçi deyil. Onun sözlərinə görə, bu qaçqın dalğasına hər təbəqədən adam qoşulub, professor da, cahili də: “Amma Suriya xalqı məsləyi olan bir toplumdur. Dolanışığını alın tərindən çıxarır. Az maaşa belə işləyir”.

Müsahibəsində kosmosa, kainatın sirlərinə toxunan keçmiş astronavt deyir ki, kainatda həyatın olmasına inanır: “Milyardlarla ulduz və planet var. Kainatda həyat yoxdur, deyə bilmərik. Hərçənd indiyə kimi bu, sübuta yetirilməyib. Dünyaya çox bənzəyən bir planet kəşf edilib. Amma bizdən 30 işıq ili uzaqlıqdadır. Əlimiz çatmır, hətta işıq sürəti əldə edilsə belə, ora çatmaq üçün 30 il lazımdır”.

“AYDAN QAYIDANDAN SONRA...”

Muhammad Faris müsahibəsində ilk dəfə Aya gedən astronovs Armstrong-la görüşünü xatırlayır. Deyir ki, 2000-ci ildə onunla Rusiyada görüşüb:

“Mənə dedi ki, Aya ayaq basdığında düşünüb: “Bu planet üçün nəyə görə bu qədər savaş olur? Dəyərmi?” Armstrong sonradan adamlardan uzaq yaşamağa başladı, depressiyaya girdi. Məncə, onun depressiyasının səbəbi Aya səfəri ilə bağlı idi. Kosmosdan döndükdən sonra mən elə olmadım. Əksinə, həm özümə, həm məmləkətimə görə özümü xosbəxt sayırdım. Təbii, bir də məşhurlaşmışdım. Bu şöhrətin pis, yaxşı tərəfi də oldu, amma nəticədə xoşbəxt idim".

Hafiz Esed-in “Suriya qəhrəmanı” nişanı ilə təltif etdiyi Muhammad Faris 10 il universitetlərdə dərs deyib, sonra orduya dönüb, general rütbəsinə qədər yüksəlib. 2012-ci ildə Assad hakimiyyətinə üsyan edən müxalifətə qoşulub, sonra Türkiyəyə qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG