Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:58

Bakı metrosunda hər səhər "Bir az sıxlaşın"


Yusif Hansen
Yusif Hansen

-

"İctimai nəqliyyatdan hər gün istifadə etməyən məmur xalqın dərdini anlamaz. Çünki..."

Yusif Hansen

METRODA MEHRİBANLAŞMAYAN MİLLƏTİM

28 May metro stansiyası
28 May metro stansiyası

Universitetə qəbul olunduğum 2005-ci ildən hər səhər metrodan istifadə etməyə başlamışam.

Geridə qalan 11 ildə heç nə dəyişməyib. Həftə içi hər gün ictimai nəqliyyatda basabas, yollarda tıxac. Dəyişən yalnız o olub ki, şəhərdə insanların sayı daha da artıb.

Hər səhər insanların aqressiv, adamdöyən, hər axşam isə sanki illərlə istirahətsiz həyatlarını özündə əks etdirən baxışları ilə qarşılaşmaq. Bu kefi əla olan insanın da əhvalını pozmaq gücünə malikdir.

Tələbələrin dərsi cəmi bircə saat gec başlasa, ictimai nəqliyyatda sıxlıq azalar.

Rahatlıq üçün avtomobil alanların sayı kəskin artıb, amma bu da hər gün tıxacların yaranmasına səbəb olur. İnsanlar yenə tıxacı, maşının xərcini, cərimələri, parkinq problemlərini gözə alıb, maşın almağa davam edirlər.

Avtomobil almaq çıxış yolu deyil. İctimai nəqliyyatın düzgün işləməsini təmin etmək gərəkdir.

Bunun üçün birincisi, metroda qatarların, avtobusların arasındakı intervalı azaltmaq lazımdır.

Metrodan istifadə edənlər hansı yolla olursa olsun, qatara minməyə çalışırlar. Səbirsizlik o həddədir ki, növbəti qatarı gözləmək istəmirlər. Hər kəs işə, dərsə tələsir. Amma evdən yarım saat tez çıxılsa, qaçaqaça ehtiyac olmaz.

İnsanlar 5 dəqiqəlik yolu da avtobusla getməyə üstünlük verirlər. Ən azından, piyada gəzintilərə, velosiped sürməyə qarşı maraq oyadılmalıdır.

Qatarda
Qatarda

İctimai nəqliyyatda sıxlığı aradan qaldırmağın əsas yolu təhsil müəssisələrində dərslərin başlanma vaxtını dəyişdirməkdir.

Dərslərin olmadığı yay və yaxud yanvar tətili vaxtı ictimai nəqliyyatda sıxlıq azalır. Tələbələrin dərsi cəmi bircə saat gec başlasa, hər kəs işinin arxasınca rahat gedər, rahat da qayıdar.

Səhərlər dərsin başlanma vaxtının dəyişməsi üçün, "Avropa Oyunları" vaxtı edildiyi kimi, sadəcə Nazirlər Kabinetinin bir qərarına ehtiyac var.

İctimai nəqliyyatdakı sıxlığın illərlə aradan qalxmamasının səbəbi məmurların ən azından, xidməti avtomobilinin olmasıdır. İctimai nəqliyyatdan hər gün istifadə etməyən məmur xalqın dərdini anlamaz. Çünki basabasa kənardan baxmaqla o içəridəki hissi yaşamaq fərqli şeylərdir.

Millətimizin mehriban olduğunu hər addımda deyən insanımızın metroya minəndə fikrləri dəyişir. Başını tərpətməyə yer olmayan qatara minməyə çalışan və “biraz sıxlaşın” bağıran xalaların zil səsləri ilə günü başlayanda sabah heç vaxt xeyirli ola bilməz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG