Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:29

«Taliban»ın şərti var


Talibançılar
Talibançılar

-

«Taliban» Əfqanıstan hakimiyyəti ilə sülh danışıqlarını rədd edir.

«Taliban»ın sözçüsü martın 5-də yayılan bəyanatlarında qeyd edir ki, xarici qüvvələr onların mövqelərinə hücumu dayandırmasalar və Əfqanıstandan geri çəkilməsələr, onlar Kabil hökuməti ilə sülh danışıqlarına qoşulmayacaqlar.

Üzbəüz görüş gələn həftə İslamabadda keçirilməlidir. 15-illik müharibəyə son qoyulması üçün bu görüş ilk konkret addım sayılır.

«Taliban» ABŞ qüvvələrini onlara hava zərbələri endirməkdə və ərazilərə gecə reydləri keçirməkdə ittiham edir.

XS
SM
MD
LG