Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:17

Gürcüstana nə qədər qaz veriləcək?


Qaz
Qaz

-

SOCAR Gürcüstana son imzalanan müqavilələrdən sonra ümumilikdə ildə 3 milyard kubmetr qaz verəcək.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

«Report»un xəbərinə görə, R.Abdullayev qazın iki marşrutla ötürüləcəyini deyib.

«İldə SOCAR-ın hasil etdiyi 1.5 milyard kubmetr həcmində qaz Hacıqabul-Qazax-Qardabani boru xətti ilə Gürcüstana nəql olunacaq. 1.5 milyard kubmetr isə - «Şahdəniz» yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru xətti vasitəsilə ora göndəriləcək. Yəqin ki, bununla da gələcək 10 ildə Gürcüstanın əlavə qaz tələbatı olmayacaq. Bununla da problem həll olunur», - deyə R.Abdullayev bildirib.

SOCAR prezidenti R.Abdullayev fevralın 4-də Gürcüstana getmişdi. Səfər çərçivəsində Azərbaycandan Gürcüstana əlavə 500 milyon kubmetrə yaxın qaz nəql edilməsi ilə bağlı saziş imzalanmışdı.

XS
SM
MD
LG