Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

-

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin-in Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna, Xəzər regionunda beynəlxalq əməkdaşlığa dair sənədlərin işlənib hazırlanmasına diqqət yetirilib.

Rusiya Xarici İşlər Nazirliyinin G.Karasin-in Azərbaycana səfəri ilə bağlı məlumatında belə deyilir.

«Report»un məlumatına görə, rusiyalı nazir müavini Azərbaycandan məmnun gedib. G.Karasin TASS-a açıqlamasında belə deyib.

«Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşümüz oldu. Onunla ikitərəfli əlaqələr, siyasi müstəvidə bizi gözləyən görüşlərin qrafiki barədə müzakirələr apardıq. Əlbəttə, regional məsələlər, Cənubi Qafqazın aparıcı dövlətləri ilə münasibətlər barədə danışdıq. Nəticədə konstruktiv, məhsuldar, çox maraqlı bir görüş oldu», - Karasin qeyd edib.

G.Karasin fevralın 4-də Bakıya gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG