Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:04

Bakıda daha bir avtomobil yarışı keçiriləcək


Formula-1
Formula-1

-

«Formula-1» Avropa Qran-Prisi yarışlarından əvvəl Bakıda daha bir nüfuzlu avtomobil yarışı keçiriləcək. İyunda Bakıda həm də GP2 yürüşü baş tutacaq.

Bu haqda «Report» «Formula-1»in promouteri Bakı Şəhər Halqasına (BŞH) istinadən xəbər verir.

Məlumatda bildirilir ki, martın 4-də BŞH ilə GP2 arasında razılıq əldə olunub. Razılaşmaya əsasən, GP2 seriyasının təqvimi də bəlli olub. Yarış 17-19 iyun tarixlərində keçiriləcək.

GP2 avtomobil yarışı 2005-ci ildən keçirilir. «Formula-1»in bənzəri olan yarışma iştirakçıları «Dallara» avtomobilindən və «Pirelli» şinlərindən istifadə edirlər.

GP2-də 13 komanda və 26 pilot yarışacaq.

Bakıda keçiriləcək «Formula-1» yarışının startı isə iyunun 19-da yerli vaxtla saat 18:00-da veriləcək.

XS
SM
MD
LG