Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18

-

«Turizm Azərbaycanda daim prioritet sahələrdən biri olub. Bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyi, gözəl təbiəti yaxşı imkanlar yaradır».

Bunu prezident İlham Əliyev martın 5-də BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai-nin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən deyib.

Prezidentin saytı xəbər verir ki, ölkə başçısı dünyada iqtisadi böhranın mövcud olduğu durumda turizmin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

İlham Əliyev turizmin inkişafı üçün qonağın verdiyi məsləhətlərin önəmini qeyd edib.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai-nin rəhbərliyi ilə nümayəndə heyəti Bakıda keçirilən, turizmin «Davos Forumu» sayılan toplantıda iştirak edir.

Martın 5-də başlayan toplantı 2 gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG