Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:29

Gömrükdən əlillərin aksiyasına cavab gəldi


Protezlərini çıxarıb etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Protezlərini çıxarıb etiraz etdilər

-

«Mütəmadi, kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edirlər. Onlar son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə, rüsum və vergi ödəməkdən imtina edir».

Bu fikirləri Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən «APA-Economics»ə bildiriblər.

Martın 2-də Qarabağ müharibəsi əlilləri protezlərini çıxararaq Qazax «Sınıq Körpü» Gömrük Məntəqəsində etiraz aksiyası keçirmişdilər.

Gömrük işçilərindən narazı olanlar bildirirlər ki, xaricdən satış üçün gətirdikləri malları əllərindən alıb qaytarmırlar.

Komitə isə əlillərinin özlərini günahlandırır: «Onlar asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhədindən normal keçidinə maneələr yaradırlar. Müxtəlif media qurumları vasitəsilə Dövlət Gömrük Komitəsi və onun səlahiyyətli şəxsləri haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirirlər».

Dövlət Gömrük Komitəsi «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nı yada salır. Qeyd edilir ki, yalnız bu qaydaların 2.1.11-ci maddəsinə əsasən, fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

XS
SM
MD
LG